• Bakı 20° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İzmirdə Azərbaycanın Müstəqillik Günü qeyd olundu - FOTOLAR 

CƏMİYYƏT

27 May 2026 | 23:31

İzmirdə Azərbaycanın Müstəqillik Günü qeyd olundu - FOTOLAR 

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir dərnək sədri Əşrəf Tuna və Azərbaycanı Türkiyədə layiqincə təmsil edən mədəniyyət elçisi, aktivist Roza İbadova Kocamazın əməyi ilə reallaşıb.

Proqramın həm aparıcılığını, həm də təşkilati işlərini üzərinə götürən Roza İbadova Kocamaz gecə boyunca tədbiri uğurla idarə edib. Gənclərin fəal iştirak etdiyi proqramda şeirlər səsləndirilib, çıxışlar edilib və musiqi nömrələri təqdim olunub.

Dərnək sədri Əşrəf Tuna birlik və qardaşlıq mesajları verərək bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı sarsılmazdır.

Tədbirin təşkilində böyük əməyi olan Roza İbadova Kocamaza və jurnalist Nigar Ögedaya təşəkkür edilib.

Roza İbadova Kocamaz isə öz növbəsində dərnək sədri Əşrəf Tunaya və dərnəyin qadın təşkilatlarının sədri Naime Tunaya təşəkkür edib. O, tələbələrə göstərdikləri zəhmətə görə minnətdarlığını bildirib.

Roza İbadova Kocamaz eyni zamanda tədbir boyunca ona maddi və mənəvi dəstək olan həyat yoldaşı Cihan Kocamaz üçün də salondan alqış istəyib.

Gecə boyunca şeirlər, mahnılar və anım hissələri ilə duyğulu anlar yaşanıb. Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə və silahdaşları rəhmətlə anılıb.

Tədbir Rəsulzadənin tarixi sözləri ilə sona çatıb:

“Bir kərə yüksələn bayraq, bir daha enməz" 

Nərgiz Məmmədli 


SON XƏBƏRLƏR

27 May 2026
26 May 2026