• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bakı Dövlət Universitetində yeni TƏYİNAT

CƏMİYYƏT

26 Iyun 2026 | 13:11 | Müəllif: Gülşən Şərif

Bakı Dövlət Universitetində yeni TƏYİNAT

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.

Bakıvaxtı.az ölkə.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə gətirilib. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.


Bakı Dövlət Universitetində yeni TƏYİNAT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR