• Bakı 13° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda güclü külək əsəcək

CƏMİYYƏT

26 Iyul 2026 | 12:45 | Müəllif: Subhan Mahmudov

Bakıda güclü külək əsəcək

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 24-27° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR