• Bakı 30° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

“Alibaba” 10 milyard dollar topladı

CƏMİYYƏT

25 Avqust 2026 | 12:42

“Alibaba” 10 milyard dollar topladı

“Alibaba” süni intellekt texnologiyalarına investisiya qoymaq üçün 10,2 milyard dollar dəyərində səhm satışı həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, şirkət 710 milyon səhmi hər biri 112,70 Honq Konq dollarına sataraq 80 milyard Honq Konq dolları, yəni təxminən 10,21 milyard dollar vəsait cəlb edib.

Şirkət əldə olunan vəsaitin süni intellekt texnologiyalarının inkişafına və infrastrukturun genişləndirilməsinə yönəldiləcəyini bildirib.

Səhm satışından sonra “Alibaba”nın səhmləri 8,5 faiz ucuzlaşıb. Bu, 2025-ci ilin əvvəlindən bəri şirkətin ən kəskin gündəlik enişi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026