• Bakı 25° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Onlar NDU-ya transfer olur

CƏMİYYƏT

24 Sentyabr 2026 | 12:37 | Müəllif: Əli Hüseynov

Onlar NDU-ya transfer olur

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev deyib.

Onun sözlərinə görə, Naxçıvan Müəllimlər İnstitutunun NDU-ya birləşdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb:

"Naxçıvan Müəllimlər İnstitutunun tələbələri və müəllimlərinin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı NDU-da tədris olunur. Tələbələr öz ixtisasları üzrə təhsillərini davam etdirəcəklər və NDU-nun diplomunu alacaqlar".

Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı məlumatlar mətbuata açıqlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR