• Bakı 24° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

"Volkswagen"də böhran: Şirkət minlərlə iş yerini ixtisar edir, zavodlarını bağlayır

CƏMİYYƏT

26 Iyun 2026 | 16:54

Volkswagendə böhran: Şirkət minlərlə iş yerini ixtisar edir, zavodlarını bağlayır

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" qarşıdan gələn illər ərzində qlobal miqyasda 100 minədək iş yerini ləğv etməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Manager Magazin" iqtisadi jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, şirkətin rəhbəri Oliver Blume idarə heyətinə yeni sağlamlaşdırma planını təqdim edib. Əvvəllər avtokonsern qənaət məqsədilə 2030-cu ilə qədər 50 min işçini ixtisar edəcəyini bildirmişdi, lakin yeni restrukturizasiya proqramı bu rəqəmin iki dəfə artırılmasını nəzərdə tutur. Orta vədədə "Volkswagen"in Hannover, Zvikkau və Emdendəki dörd zavodunun, eləcə də şirkətin törəmə müəssisəsi olan "Audi"nin Nekkarsulmdakı fabrikinin bağlanması ehtimalı var.

Bundan əlavə, "Volkswagen Group" rəhbərliyi korporasiyanın strukturunu tamamilə yeniləmək niyyətindədir. Xüsusilə, əsas avtomobil markası olan "Volkswagen" və ehtiyat hissələri istehsal edən altmüəssisə qrupun tərkibindən çıxarılaraq müstəqil şirkətlər kimi fəaliyyət göstərəcək. Hazırda şirkətin konsernində təxminən 657 min nəfər çalışır.

"Volkswagen"in bu yeni planları Almaniyanın dərin böhran yaşayan avtomobil sənayesində vəziyyətin nə qədər mürəkkəb olduğunu bir daha sübut edir. Bundan əvvəl də bir çox digər avtomobil istehsalçıları və ehtiyat hissələri tədarükçüləri işçi qüvvəsinin azaldılacağını bəyan etmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR