• Bakı 25° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib - FOTOLAR

GÜNDƏM

26 Iyun 2026 | 16:17

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026