• Bakı 28° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI

SİYASƏT

14 Avqust 2026 | 12:14

Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI

"Səndən nigaranam", "Xatirədir", "Nə yaxşı, sən varsan"... Bu mahnıları yəqin ki, siz də eşitmisiniz. Bəs onların musiqisinin müəllifinin Kəmaləddin Heydərov olduğunu bilirdiniz?

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov musiqi yaradıcılığı ilə də məşğuldur. O, bəstələrini "Kamal" təxəllüsü ilə təqdim edir və illərdir Azərbaycan estradasında sevilən bir sıra mahnıların musiqisinin müəllifidir.

Onun bəstələdiyi mahnılar arasında "Səndən nigaranam", "Sən elə bir zirvəsən", "Nə yaxşı, sən varsan", "Xatirədir", "Əlacım", "İlahi", "Sənə güvəndiyim dağlar", "Bağışlaram səni", "Mənim 17 yaşım...", "Sevəcəyəm", "Gecdi daha", "Gəlsən də, gəlməsən də...", "Ayrılığa dözərəm mən" və digər məşhur əsərlər yer alır.

Bu mahnılar Flora Kərimova, Alim Qasımov, İlhamə Quliyeva, Aygün Kazımova, Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Aygün Bəylər, Röya Ayxan və digər tanınmış ifaçılar tərəfindən səsləndirilib.

Maraqlıdır ki, "Kamal"ın bəstələdiyi mahnıların sözlərinin müəllifi şair Baba Vəziroğludur. Şairin sözlərinə görə, Kəmaləddin Heydərovla yaradıcılıq əməkdaşlığı 40 ildən artıqdır davam edir. O bildirib ki, əksər hallarda bəstənin hansı ifaçı tərəfindən səsləndiriləcəyini də Kəmaləddin Heydərov özü müəyyənləşdirir və bu seçim sonradan özünü doğruldur.

2009-cu ildə "Kamal" imzası ilə bəstələnmiş əsərlərdən ibarət "Sənə güvəndiyim dağlar" adlı dörd diskdən ibarət musiqi albomu işıq üzü görüb.

Kəmaləddin Heydərov müsahibələrinin birində bildirib ki, musiqi onun hobbisidir. O, uzun illər mahnılarının müəllifi kimi öz adının deyil, məhz "Kamal" təxəllüsünün göstərilməsini istəyib./oxu24.com/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026