• Bakı 18° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

SİYASƏT

12 Sentyabr 2026 | 17:55 | Müəllif: Subhan Mahmudov

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Biz BMT olaraq Qarabağda daha çox iş görməliyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko bildirib.

“Eyni zamanda, hələ də çoxlu dağıdılmış evin olduğunu görmək məni məyus etdi. Bu, burada nələrin baş verdiyi barədə müəyyən təsəvvür yaradır”, - o deyib.

O, Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini də yüksək qiymətləndirib:

“Azərbaycan hökumətinin Qarabağda böyük səylərini hiss etdim. Yolları, tunelləri, bütün yeni infrastrukturu gördük. Bütün bunlar mənə çox şey düşünmək imkanı verdi”.

BMT rəsmisi bildirib ki, səfərdən sonra təşkilatın Qarabağda daha çox fəaliyyət göstərməsi ilə bağlı əminliyi daha da artıb:

“Biz BMT olaraq Qarabağda daha çox fəaliyyət göstərməyə çalışırıq. Əvvəllər də buna əmin idim, amma bütün bunları öz gözlərimlə görmək mənim üçün çox güclü mesaj oldu”./Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR