İtaliya qırıcısı Latviyanın hava məkanına daxil olan Ukrayna PUA-sını vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Baiba Braje "X"də bildirib.
Onun sözlərinə görə, avqustun 14-nə keçən gecə Latviyanın hava məkanını pozan və böyük ehtimalla Ukraynaya məxsus olduğu bildirilən PUA NATO-nun Baltikyanı hava patrulu missiyası çərçivəsində bölgədə uçuş həyata keçirən İtaliya qırıcısı tərəfindən vurulub.
***
12:39
Avqustun 14-nə keçən gecə Latviyanın hava məkanını pozan pilotsuz uçuş aparatı (PUA) Baltikyanı region üzərində patrul xidməti aparan İtaliya qırıcısı tərəfindən vurulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial şəbəkələrdə bildirib.
"Biz Baltikyanı regionun hava məkanının müdafiəsi üzrə NATO missiyasında iştirak etdiklərinə və hava məkanının bütövlüyünü qoruduqlarına görə italiyalı müttəfiqlərimizə minnətdarıq. Ötən gecə italiyalı müttəfiqlərimiz tərəfindən Latviyanın şərqində PUA vurulub", - o qeyd edib.
Bakı 



