• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Vanuatu sahillərində bərə batıb

DÜNYA

13 Sentyabr 2026 | 09:01 | Müəllif: Əli Hüseynov

Vanuatu sahillərində bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Reuters" Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb.

"MV Matui" bərəsində heyət üzvləri də daxil olmaqla onlarla insan olub. Qəza Amba və Espiritu-Santo adaları arasında baş verib. Xilasedicilər 15 nəfəri tapıb, xilas edə biliblər.

İlkin məlumatlara görə, qəzaya səbəb fırtınalı hava və gəminin həddindən artıq yüklənmə ola bilər.

Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026