• Bakı 21° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Kiyevə dron zərbəsi: ölən və yaralananlar var

DÜNYA

13 Oktyabr 2026 | 01:10 | Müəllif: Subhan Mahmudov

Kiyevə dron zərbəsi: ölən və yaralananlar var

Rusiyanın Kiyevə dron hücumu nəticəsində 25 mərtəbəli yaşayış binasına zərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, dron paytaxtın Darnitski rayonunda yerləşən binanın 12-16-cı mərtəbələri arasına düşüb. Zərbədən sonra binanın həyətində avtomobillər yanmağa başlayıb, hadisə yerinə təcili xidmətlər cəlb olunub.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində bir qadın həlak olub. İlkin məlumatlara əsasən, dörd nəfərin xəsarət aldığı bildirilsə də, sonradan Kliçko paytaxtda yaralıların sayının 11-ə çatdığını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha sonra binaya "Şahed" tipli dronla endirilən zərbə nəticəsində iki nəfərin öldüyünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR