Çinin şərqindəki Çjetszyan (Zhejiang) əyalətində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Çanşin (Changxing) şəhərində fəlakət zamanı bir evin uçması nəticəsində 1 nəfər həlak olub, 3 nəfərdən isə xəbər almaq mümkün olmur. Ərazidə axtarış-xilasedmə işləri davam etdirilir.
Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölkədə İyul ayında baş verən tayfunlar və təbii fəlakətlər nəticəsində 318 nəfər ölüb və ya itkin düşüb, birbaşa iqtisadi ziyan isə 8,5 milyard dollara çatıb. Meteoroloqlar regionda güclü yağışların həftəsonuna qədər davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Zeynəb Rzayeva
Bakı 



