• Bakı 27° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Biləcəri-Yalama dəmir yolu modernləşdirilir

SİYASƏT

14 Avqust 2026 | 10:32

Biləcəri-Yalama dəmir yolu modernləşdirilir

Asiya İnkişaf Bankı (ADB) Biləcəri-Yalama dəmir yolu sahəsində elektrifikasiya, siqnallaşdırma və telekommunikasiya sistemlərinin modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə xidmətlərin göstərilməsi üçün məsləhətçilərin seçilməsi proseduruna başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, konsultasiya xidməti üzrə müqavilənin təxmini dəyəri 2,088 milyon ABŞ dolları təşkil edir.

Bankın məlumatına görə, layihənin icra müddəti 54 aydır, işlərin ilkin olaraq 2027-ci il fevralın 1-də başlanması planlaşdırılıb.

ADB layihənin icrası üçün 325 milyon ABŞ dolları məbləğində kreditin ayrılması imkanını nəzərdən keçirir. Layihə 2026-cı il yanvarın 26-30-da təhlil edilib, kreditin isə 2027-ci il iyunun 17-də təsdiqlənməsi gözlənilir.

Layihəni ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı və Azərbaycan hökumətinin birgə maliyyələşdirməsi planlaşdırılır.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər maliyyə vəsaiti ayırmağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026