Mingəçevirdə iri qovaq ağacı qırılaraq istirahət məkanına düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai küçəsində, 14 saylı tam orta məktəbin önündəki yaşıllıq zolağında baş verib. Gövdəsindın ayrılan qovaq ağacı məhəllə daxili istirahət məkanına düşüb.
Zərbənin təsirindən elektrik xətti də qoparaq zədələnib.
Dərhal əraziyə cəlb olunan Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları təbiətin fəsadını aradan qaldırmağa başlayıb. Paralel olaraq elektrik enerjisinin bərpası üçün hadisə yerinə aidiyyati qurum mütəxəssisləri cəlb olunub.
Murad İsmayıl
Bakı 






