• Bakı 17° C

    3.34 m/s

Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib

CƏMİYYƏT

13 Avqust 2026 | 21:56 | Müəllif: Gülşən Şərif

Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlayışının baş verməsi qabardılıb.

"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda bildirilib.

Qeyd olunub ki, 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub:

"Bu faciəvi hadisələr, münaqişənin ölümcül mirasının həyatları təhdid etməyə, yenidənqurma işlərini ləngitməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini bariz şəkildə xatırladır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026