• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - VİDEO

CƏMİYYƏT

12 Sentyabr 2026 | 17:12 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - VİDEO

Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.

O bildirib ki, tibbdə belə hallar olduqca nadir olsa da, mümkündür. Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.

Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur. Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR