• Bakı 18° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Dəm qazından ÖLÜMLƏR artır: zəhərlənməmək üçün BUNLARI EDİN! 

CƏMİYYƏT

12 Oktyabr 2026 | 16:15 | Müəllif: Gülşən Şərif

Dəm qazından ÖLÜMLƏR artır: zəhərlənməmək üçün BUNLARI EDİN!

Hər il payız-qış mövsümündə dəm qazından zəhərlənmə hallarına rast gəlinir. Son olaraq ötən gün Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Bəs dəm qazının risklərindən qorunmaq üçün nələrə diqqət etməliyik?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bu barədə Bakıvaxtı.az-a danışıb.

Onun sözlərinə görə, dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün getmədikdə yaranır:

"Yanma prosesinin düzgün getməməsinə isə bir sıra amillər təsir edir. Bu amillərə standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək, otaqda havalandırmanın olmaması, tüstü bacasının işlək vəziyyətdə olmaması və ya standartlara uyğun gəlməməsi daxildir. Tüstü bacasında dəliklərin, deşiklərin, çatların olması, yaxud ora məişət tullantısının və ya heyvan cəsədinin düşməsi nəticəsində sorma qabiliyyəti itir. Əgər tüstü bacısının sorma qabiliyyəti yoxdursa, bu, yanma prosesini əngəlləyir və dəm qazının yaranmasına səbəb olur. Bu cür halların və bədbəxt hadisələrin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına mütləq riayət etmək lazımdır".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev

Ekspert vurğulayıb ki, qaz cihazları normativ standartlara uyğun şəkildə təhlükəsiz istismar edilməlidir. 

"Hamam otağında təhlükəsizlik baxımından qaz cihazının olması məqsədəuyğun deyil. Lakin belə cihazlar quraşdırılıbsa, mütləq otaqda havalandırma (ventilyasiya, nəfəslik) olmalı, tüstü bacası işlək vəziyyətdə olmalı və dəm qazı əleyhinə detektor quraşdırılmalıdır. Məişətdə qaz təsərrüfatı və qaz cihazı istifadə olunan otaqlarda dəm qazı və qaz sızması əleyhinə detektorlar olmalıdır. Bu detektorlar olduqca funksionaldır. Belə ki, qaz sızması anında qazın təchizatı dayanır və bədbəxt hadisənin qarşısı alınır. Dəm qazı əmələ gəldikdə isə xüsusi səs siqnalı vasitəsilə istehlakçı məlumatlandırılır", - deyə mütəxəssis qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR