• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

14 Avqust 2026 | 13:33 | Müəllif: Qalib İbrahimoğlu

"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB

Avqustun 14-də Xankəndi şəhərinə növbəti köç olub.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə köçürülən 22 ailəyə, ümumilikdə 102 nəfərə mənzillərin açarları təqdim olunub.

    Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    12:56

    Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə – 102 nəfər köçürülüb.

      Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdən ibarətdir.

      ***

      08:50

      Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

      Bakıvaxtı.az xəbər verir ki, bu gün Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülür.

      Doğma yurda doğru yola çıxan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

      Qeyd edək ki, doğma yurda köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


      "Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB"Böyük Qayıdış": Köç Xankəndiyə çatdı- FOTOLAR - YENİLƏNİB
      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR