Yunanıstanın şimalındakı Kassandra yarımadasında güclü yanğın başlayıb və bu səbəbdən 347-dən çox insan təxliyə olunub.
Bakıvaxtı.az xəbər verir ki, alovun söndürülməsinə 57 maşınla 155 yanğınsöndürən, 4 piyada yanğınsöndürən dəstəsi, həmçinin 9 təyyarə və 7 helikopter cəlb edilib.
Qeyd olunub ki, bir neçə kilometrə yayılan alovla mübarizə zamanı iki yanğınsöndürən xəsarət alıb.
Məlumata görə, yerli çimərliklər və qəsəbələrdən 347-dən çox insan dəniz yolu ilə gəmilərdə təhlükəsiz yerlərə daşınıb, həmçinin bir mehmanxana təxliyə edilib, bəzi yollar hərəkət üçün bağlanıb.
Yanğının söndürülməsi davam edir, Afina, Yanina, Aleksandrupolis, Kozani, Volos və Kavala da daxil olmaqla, ölkənin digər bölgələrindən yarımadaya onlarla yanğınsöndürən göndərilir.
Bakı 



