Ukrayna oktyabr ayında Rusiya və ABŞ-nin iştirakı ilə sülh danışıqlarının yeni mərhələsini keçirməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, “RBC-Ukraine”nin məlumatına görə, bunu jurnalistlərin suallarını cavablandırarkən Volodimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov bildirib.
O, “Oktyabr ayına hazırlaşırıq” deyə qeyd edib. Budanov danışıqların keçiriləcəyi məkanı açıqlamayıb.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında məsləhətləşmələrin əvvəlki mərhələsi fevralın 17-18-də Cenevrədə keçirilib.
















