• Bakı 28° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi

CƏMİYYƏT

14 Avqust 2026 | 12:36

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib

Bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026