• Bakı 28° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Lavrov Avropa İttifaqına məxsus tankerləri ələ keçirməklə hədələyib

SİYASƏT

14 Avqust 2026 | 13:13

Lavrov Avropa İttifaqına məxsus tankerləri ələ keçirməklə hədələyib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqına məxsus tankerləri ələ keçirməklə hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə yerli dövlət televiziyasına müsahibəsində bildirib.

O, Aİ-nin iyul ayında Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində blok ölkələrinə Rusiyanın ticarət gəmilərini saxlamaq və tankerlərdə olan karqonu satmaq hüququnun verilməsi ilə bağlı fikirlərini bölüşüb.

Nazir Aİ-nin “kölgə donanması” terminini rədd edib və bunun beynəlxalq hüquqda heç bir əsasının olmadığını vurğulayıb.

O, Brüsseli öz qərarlarını beynəlxalq hüquqdan üstün tutmaqda ittiham edib.

“Rusiya Prezidenti çox aşkar və sakit şəkildə bəyan etdi ki, biz bu quldurluq və soyğunçuluğa cavab verəcəyik”, - Lavrov diqqətə çatdırıb.

O, hədəflərin Rusiya tərəfindən seçiləcəyini əlavə edib.

XİN rəhbəri ölkəsinin də öz növbəsində həmin ölkələrin tankerlərini ələ keçirəcəyi və bunun Rusiya tərəfindən “lazım olan və düzgün yerdə” həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026