• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Japarov prezidentliyə namizəd oldu

DÜNYA

14 Avqust 2026 | 09:33 | Müəllif: Əli Hüseynov

Japarov prezidentliyə namizəd oldu

Qırğızıstan Prezidenti Sadır Japarov ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Qırğızıstan mediasına açıqlamasında bildirib.

Dövlət başçısı vurğulayıb ki, arzu edən hər kəs seçkilərdə iştirak edə bilər və digər namizədlər üçün heç bir məhdudiyyət olmayacaq.

Növbəti prezident seçkiləri seçki qanunvericiliyinə dəyişikliklərdən sonra 2027-ci il yanvarın 27-də keçirilməlidir.

S.Japarov qeyd edib ki, daha əvvəl Kamçıbek Taşiyevi Qırğızıstanın gələcək prezidenti kimi nəzərdən keçirirdi. Dövlət başçısının sözlərinə görə, əgər Taşiyev 2027-ci il seçkilərinə qədər təcrübə toplayıb ölkəyə rəhbərlik etməyə hazır olsaydı, o, bu seçkilərdə iştirak etməməyi planlaşdırırdı. "Mən 6 il hakimiyyətdə olmağı, 2027-ci il seçkilərində iştirak etməməyi planlaşdırmışdım, əgər o hazır olsa, təcrübə toplasa, yaxşı işləməyə başlasa, onu prezident edib, özüm istirahətə çəkilərəm. 2027-ci ilin yanvarında seçkilər keçirilməlidir. Mən bunu ona 2-3 il əvvəl demişdim", - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026