Türkiyədə karyerasını davam etdirən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin çəkiliş meydançasından maraqlı görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Daha17” serialının çəkilişləri zamanı lentə alınan videoda aktrisanın həmkarları ilə səmimi ünsiyyəti diqqət çəkib. Cavadzadənin türk aktyorlara bəzi rusdilli ifadələri izah etdiyi və tələffüzünü öyrətdiyi anlar kameraya düşüb.
Qısa müddətdə sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin marağına səbəb olub.
Zeynəb Rzayeva
Bakı 



