• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kəlbəcərdə mina partladı: Xəsarət alan var - YENİLƏNİB

HADİSƏ

14 Avqust 2026 | 10:06 | Müəllif: Gülşən Şərif

Kəlbəcərdə mina partladı: Xəsarət alan var - YENİLƏNİB

Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

    Məlumata görə, sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

    "Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda deyilir.

    ***

    13.08.2026, 19:54

    Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

    Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

    Tərtər rayonunun Qaynaq kənd sakini 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

    Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Oktyabr 2026