• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı

HADİSƏ

12 Sentyabr 2026 | 23:05 | Müəllif: Günəş Mərd

Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan TIR markalı yük avtomobili ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə TIR-ın yük yerində olan “Slavyanka” markalı sular plastik qablardan yola dağılıb. Bu səbəbdən Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkət müvəqqəti dayanıb və tıxac yaranıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qısa müddət ərzində yol təmizlənərək hərəkət bərpa edilib.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR