"Qarabağ" bütün imkanlardan istifadə etdi və qalib gəldi.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
"Matçın əvvəlində aqressiv oynayırdıq. Əlimizdən gələni edirdik ki, topu özümüzdə saxlayaq. Birinci yarıda üç şansımız oldu. Amma bunlardan yararlana bilmədik. Klubdakı gələcək taleyimlə bağlı heç nə bilmirəm. Mənim istefa verməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir", - deyə baş məşqçi qeyd edib.
Bakı 



