• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər​

İDMAN

12 Sentyabr 2026 | 15:41 | Müəllif: Subhan Mahmudov

İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər​

"İnter"in müdafiəçisi Federiko Dimarko karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Nəşr yazır ki, "Barselona" italiyalı futbolçunu transfer etmək istəyir.

Dimarkonun A Seriyası klubu ilə müqaviləsi mövsümün sonuna başa çatır. "Barselona" artıq indidən yayda azad agent statusunda olacaq 28 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlayıb. Təcrübəli oyunçu özü də klubunu dəyişməyə yaxındır.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026