• Bakı 22° C

    5.14 m/s

La Liqanın ən yaxşısı seçildi

İDMAN

12 Sentyabr 2026 | 17:32 | Müəllif: Subhan Mahmudov

La Liqanın ən yaxşısı seçildi

“Barselona”nın vingeri Rafinya Dias La Liqada avqust ayının ən yaxşı futbolçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, braziliyalı oyunçu mövsümün ilk üç turunda komandasının qazandığı qələbələrdə mühüm rol oynayıb. “Barselona” bu görüşlərdə “Elçe”ni 5:0, “Atletik”i 2:0, “Rayo Valyekano”nu isə 5:2 hesabı ilə məğlub edib.

Rafinya sözügedən 3 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Braziliyalı futbolçu səsvermədə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemi, “Atletiko”nun oyunçusu Aleks Baenanı, “Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanqı və “Alaves”in futbolçusu Nauel Tenalyanı qabaqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026