• Bakı 28° C

    4.17 m/s

ABŞ Yaxın Şərqə "USS George Washington" gəmisini göndərəcək

DÜNYA

13 Avqust 2026 | 20:17

ABŞ Yaxın Şərqə USS George Washington gəmisini göndərəcək

ABŞ rotasiyaya uyğun olaraq "USS Abraham Linkoln"u əvəz etmək üçün Yaxın Şərqə "USS George Washington" təyyarədaşıyan gəmisini göndərməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl orada yerləşdirilən "USS Abraham Linkoln" gəmisi yanvar ayından bəri bölgədədir. Təyyarədaşıyan gəmi "ABŞ-ın "Epik Qəzəb" əməliyyatında əsas rol oynayıb və daha sonra İran limanlarının blokadasında iştirak edib.

Qəzetin qeyd etdiyi kimi, gəminin uzadılmış yerləşdirilməsi ABŞ qanunvericiləri arasında narahatlıq yaradıb. "USS Abraham Lincoln" 250 gündən çoxdur ki, dənizdədir və 200 gündür ki, limana çatmayıb və bu da dənizdə ən uzunmüddətli fasiləsiz yerləşdirilmə rekordunu qırıb.

Senator Riçard Blumenthal Pentaqon rəsmilərindən heyət üzvlərinin vəziyyəti və gəmidəki dənizçilər arasında ruhi sağlamlıq problemləri barədə məlumat istəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR