• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb

DÜNYA

12 Sentyabr 2026 | 18:00 | Müəllif: Subhan Mahmudov

Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb

Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Bakıvaxtı.az Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir.

Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Yanğın nəticəsində 43 nəfərin sağ qaldığı bildirilir.

Xatırladaq ki, bərədə yanğın sentyabrın 9-u axşam saatlarında baş verib. Hadisənin səbəbləri müəyyənləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR