• Bakı 27° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Keçmiş deputat barəsində cinayət işi açıldı

DÜNYA

12 Sentyabr 2026 | 19:03 | Müəllif: Günəş Mərd

Keçmiş deputat barəsində cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü, keçmiş parlament deputatı Hayk Sarkisyan barəsində cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, "İrakanum.am"ın İstintaq Komitəsindəki mənbələrə istinadən yaydığı məlumata görə, cinayət işi qeydiyyatsız dövlət nömrə nişanları ilə avtomobil idarə edilməsi faktı ilə bağlıdır.

Hayk Sarkisyan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnən küçə etirazlarında fəal iştirak etdikdən sonra “Vətəndaş Müqaviləsi” fraksiyasından parlamentə deputat seçilib.

Sarkisyan daha əvvəl verdiyi müsahibələrdə partiyanın idarə heyətinin üzvü olduğu dövrdə ölkədə qanunsuz ağac kəsilməsi də daxil olmaqla, bir sıra məsələlərlə bağlı hakimiyyətə və partiya rəhbərliyinə tənqidi fikirlər səsləndirdiyini bildirib. Onun sözlərinə görə, bu açıqlamalar partiya yoldaşları ilə münasibətlərinin gərginləşməsinə səbəb olub.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Sarkisyanı ölkə ərazisində qanunsuz nömrə nişanları ilə avtomobil idarə etməkdə, onun köməkçisini isə sürücülük vəsiqəsi olmadan avtomobil sürməkdə ittiham edib.

Paşinyanın iddialarına əsasən, Sarkisyan və köməkçisi polis tərəfindən bir neçə dəfə saxlanılsa da, həmin vaxt qayda pozuntusu rəsmiləşdirilməyib. Bu hadisələrin ardından hüquq-mühafizə orqanlarının əməkdaşları barəsində cinayət işi açıldığı və bir neçə vəzifəli şəxsin vəzifəsindən kənarlaşdırıldığı bildirilib.

Paşinyan həmçinin Sarkisyanın baş nazirlə əlaqələrindən istifadə edərək Sevan gölünün sahilində qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğunu iddia edib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026