• Bakı 27° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Hikmət Rəhimov "Əqrəb mövsümü"ndən getdi?

ŞOU

14 Avqust 2026 | 10:52

Hikmət Rəhimov Əqrəb mövsümündən getdi?

Aktyor Azər Aydəmir “Əqrəb mövsümü” serialının ilk mövsümündən sonra aktyor Hikmət Rəhimovun layihədən uzaqlaşmasından danışıb.

Bakıvaxtı.az xəbər verir ki, aktyor bu barədə “Astar” layihəsində söz açıb.

Aydəmir aktyorla prodüser arasında anlaşmazlıq yarandığını bildirib:

“İlk mövsümdən sonra Hikmət prodüserlərlə yollarını ayırdı. Problemləri səsləndirmək istəmirəm. Çünki Hikmət özü bunu səsləndirmir. İnsanın tələbləri olur. Bu tələblər tam halda qarşılana bilmədi. Bunun da müəyyən səbəbləri var idi. Nəticədə Hikmət öz, prodüserlər öz sözündə qaldı”.

Azər Aydəmir Hikmət Rəhimovla münasibətlərinin yaxşı olduğunu və yaxın zamanda bir filmdə də tərəf müqabili olduqlarını vurğulayıb:

“Hikmətlə münasibətlərim çox gözəldir. Bu yaxınlarda bir filmdə də tərəf müqabili olduq. Bundan sonra da tamaşaçılar bizi bir yerdə çox görəcək”. (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026