• Bakı 28° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Rusiyanın Ust-Luqa limanı PUA hücumuna məruz qalıb

DÜNYA

14 Avqust 2026 | 13:34

Rusiyanın Ust-Luqa limanı PUA hücumuna məruz qalıb

Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, limanda yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, vilayət qubernatoru Aleksandr Drozdenkonun hücum faktını təsdiqləyib. Onun sözlərinə görə, liman ərazisində zədələnmə və yanğın qeydə alınıb.

    Drozdenko bildirib ki, hava hücumundan müdafiə qüvvələri bölgədə ümumilikdə 37 PUA-nı vurub.

    Qeyd edək ki, Ust-Luqa Rusiyanın Baltik dənizindəki ən böyük limanlarından biridir. Buradan böyük həcmdə neft və neft məhsulları, kömür, gübrə, mayeləşdirilmiş qaz və digər yüklər daşınır. Liman daha əvvəl də PUA hücumlarının hədəfi olub və belə hücumlar nəticəsində onun neft ixracı infrastrukturu zərər görüb.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Avqust 2026