• Bakı 29° C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Fransada 80 min avroluq Pokemon kartları oğurlandı

DÜNYA

14 Avqust 2026 | 09:26

Fransada 80 min avroluq Pokemon kartları oğurlandı

Fransada 80.000 avro dəyərində Pokemon kartları oğurlanıb.

Bakıvaxtı.az  Frans Press Agentliyinə (AFP) istinadla xəbər verir ki, hadisə ölkənin şərqindəki Burquan-Jalyeu şəhərində kolleksiya kartları üzrə ixtisaslaşmış mağazada qeydə alınıb.

Mağazanın meneceri bildirib ki, dörd maskalı şəxs əsas qapıdan keçərək "Smogtrade" mağazasından yüzlərlə kart oğurlayıb və sonra siqnalizasiya işə düşəndən sonra maşınla qaçıb.

Oğurlanan əşyaların demək olar ki, hamısı Yaponiya franşizasından olan Pokemon kartları olub.

Son illərdə kolleksiyaçılar arasında yüksək qiymətə satılan Pokemon kartları Fransada və dünyada tez-tez oğurluqların hədəfinə çevrilib.

Qeyd edək kİ, 2024-cü ilin fevral ayında Fransanın Renn şəhərində 100.000 avro dəyərində on minlərlə Pokemon kartı oğurladıqlarına görə üç nəfər həbs cəzasına məhkum edilib.

Ötən ilin yanvar ayında İngiltərədəki özəl mağazadan təxminən 87.000 avro dəyərində kartlar oğurlanıb, növbəti ay isə nadir Pikachu kartı hərracda 14,3 milyon avroya satılaraq rekord qırıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026