"Qarabağ" "Dinamo" ilə oyunda rəqibini topsuz qoymağa çalışıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) ilə Bakıda keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis komandanın layiqincə mübarizə apardığını bildirib:
"Futbolçuları təbrik edirəm. Bəzi dəqiqələri çıxmaq şərtilə oyunun içində oldular. Məğlub olmaq istəmirdilər. Yaxşı hücumlar qurduq. Rəqibi topsuz qoymağa çalışırdıq. Hazırladığımız çox şey var idi və razı qaldım. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm dəstək verdilər. Uşaq vaxtı biz də "Dinamo"ya azarkeşlik etmişik. Belə komandaya qarşı oynamaq çox xoş idi. Onlara da uğurlar arzulayıram".
Qeyd edək ki, "Qarabağ" "Dinamo"nu iki oyunun nəticəsinə əsasən (0:1, 2:0) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə adlayıb.
Bakı 



