• Bakı 29° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

5 nəfər tutuldu - Yanğınlara görə

HADİSƏ

14 Avqust 2026 | 10:15

5 nəfər tutuldu - Yanğınlara görə

Ötən gün Ağsunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlı rayonunun Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026