• Bakı 28° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

"Qarabağ"a Bakıda uduzan "Dinamo" antirekorda imza atıb

İDMAN

14 Avqust 2026 | 11:52

Qarabağa Bakıda uduzan Dinamo antirekorda imza atıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a Bakıda uduzan Ukraynanın "Dinamo" (Kiyev) komandası antirekorda imza atıb.

Bakıvaxtı.az-ın məlumatına görə, paytaxt təmsilçisi 20 ildən sonra ilk dəfə avrokuboklarla erkən vidalaşıb.

Kiyev təmsilçisinin təsnifat mərhələsində mübarizəni tez dayandırması son olaraq 2005/2006 mövsümünə təsadüf edib. "Dinamo" İsveçrənin "Tun" kollektivinə iki görüşün nəticəsinə əsasən uduzub - 0:1, 2:2.

O vaxtdan etibarən Ukrayna klubu avrokuboklarda ən azı pley-offa qədər irəliləmişdi. "Qarabağ"a məölubiyyət bu seriyaya son qoyub.

Bundan əlavə, "Dinamo" 1992-ci ilsən sonra ilk dəfə avrokuboklarda birinci oyunda qalib gəlsə də, mərhələni keçə bilməyib. Əvvəlki 11 belə cəhd uğurlu alınıb.

Xatırladaq ki, "Qarabağ" ötən gün rəqibini iki cavabsız qolla üstələyib. "Dinamo" ilk görüşdə 1:0 hesablı qələbə qazanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026