• Bakı 28° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Heyvan kəsimi məntəqələrində bu tələblərə əməl olunmalıdır - VİDEO

CƏMİYYƏT

14 Avqust 2026 | 13:41

Heyvan kəsimi məntəqələrində bu tələblərə əməl olunmalıdır - VİDEO

Heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün heyvan kəsimi yalnız baytarlıq-sanitariya və qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrində həyata keçirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, kəsim məntəqələrində istehsal prosesinin təhlükəsiz və gigiyenik şəkildə təşkili üçün “çirkli” və “təmiz” zonalar ayrılmalı, heyvanların kəsimdən əvvəl saxlanılması, kəsim, ətin emalı, qablaşdırılması və soyudulması üçün zəruri sahələrin olması vacibdir.

Kəsimdən əvvəl heyvanlar baytarlıq müayinəsindən keçirilməli, xəstəlik əlamətləri və ya xəstəlik şübhəsi olan heyvanların kəsiminə yol verilməməlidir. Kəsim prosesi zamanı sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalı, istifadə edilən avadanlıq və iş alətləri mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

Kəsimdən sonra əldə olunan ət baytarlıq-sanitariya ekspertizasından keçirilməli, istehlak üçün yararlı olduğu müəyyən edildikdən sonra müvafiq qaydada soyudulmalı, saxlanılmalı və daşınmalıdır. 

Qeyd olunan tələblərə əməl edilməsi heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına, eləcə də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026