• Bakı 26° C

    13.06 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO

CƏMİYYƏT

14 Avqust 2026 | 14:40

Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO

Samux rayonunun Alıuşağı kəndində post quraşdırılıb.

Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, avtomobillərin hərəkəti tam şəkildə açıqdır.

Postda əsasən kənd ərazisindən ət və süd məhsullarının daşınmasına nəzarət olunur. Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarəsinin rəsmiləri də var. Yol üzrə hərəkət edən avtomobilər dezinfeksiya edilir. Bundan əlavə kənddə olan iri təsərrüfatlarda dezbaryerlər yaradılıb.

Xatırladaq ki, dünən Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının yolxucu şöbəsinə qarayara infeksiyasının əlamətləri ilə şübhəli bilinən 11 nəfər yerləşdirilib. Bu şəxslərin bir çoxu Samux rayon Alıuşağı kənd sakinləridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026