Mingəçevirdə motosiklet piyadanı vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.
Yolu keçmək istəyən 1998-ci il təvəllüdlü piyada Elmin Nuriyevi motosiklet vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Murad İsmayıl
Bakı 



