İsmayıllıda avtomobil aşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonuun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb və avtomobildə yanğın baş verib.
Hadisə zamanı avtomobilin sürücüsü, 33 yaşlı İlkin Abdullazadə xəsarət alıb, avtomobildə olan sərnişin, onun həyat yoldaşı 31 yaşlı Münəvvər Abdullazadə isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
12 sentyabr, 23:53
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonuun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşaraq yanıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Murad İsmayıl
















