• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Roşka"ya hökm oxundu

HADİSƏ

13 Oktyabr 2026 | 10:38 | Müəllif: Əli Hüseynov

"Roşka"ya hökm oxundu

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq Rövşən Süleymanzadə 3 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror dövlət ittihamının müdafiəsi zamanı Rövşən Süleymanzadənin 5 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker 2025-ci ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılmış, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026