Yunanıstanın Xalkidiki yarımadasında baş verən meşə yanğını səbəbindən Siviri çimərliyində mahsur qalan turistlər qayıqlarla təxliyə edilib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, yanğın nəticəsində 4 min dönüm meşə zərər görüb, bəzi evlər, avtomobillər və bioloji təmizləmə qurğusu yararsız hala düşüb.
Hazırda alov nəzarət altına alınsa da, ərazidə soyutma işləri davam etdirilir.
Zeynəb Rzayeva
Bakı 



