Bu gün yeni transferi Romelu Lukaku üçün imza mərasimi keçirən və Fredlə rəsmi olaraq yollarını ayıran “Fənərbaxça”nın heyətində yenidən 24 əcnəbi oyunçu var.
Bakıvaxtı.az Türkiyə medaisına istinadla xəbər verir ki, klubun prezidenti Əziz Yıldırımın təlimatı ilə diqqət gənc futbolçulara yönəlib.
“Fənərbaxça”nın meneceri Cihan Kamer bildirib ki, Lukaku ilə transfer yekunlaşıb:
“Prezidentimizin Baş Assambleyada dediyi kimi, lazım gələrsə və istədiyimiz oyunçular varsa, U23 kvotasından gənc oyunçulardan lazımi mövqelərə əlavələr edə bilərik".
Bu kontekstdə, “Fənərbaxça”nın U23 transferi üçün hədəflədiyi oyunçu da məlum oldu. İtalyan jurnalist Rudi Qalettinin sözlərinə görə, sarı-göy komanda 20 yaşlı cənubi koreyalı Min-su Kim üçün hərəkətə keçib.
Türkiyəyə tez uyğunlaşmasını və əvvəllər “Fənərbaxça”da oynayan Kim Min Jae və hazırda “Beşiktaş”da oynayan Hyeon-gyu Oh-un performansını nəzərə alaraq, rəhbərlik +4 mövqeyi üçün başqa bir cənubi koreyalı futbolçu seçib.
Transfer hüquqları "Jirona"ya məxsus olan Min-su Kim ötən mövsümü La Liqa 2 komandası "Andorra"da icarə əsasında keçirib. 15 yaşından bəri İspaniyada olan gənc futbolçu "Andorra" üçün 40 rəsmi matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Jirona" üçün də 6 dəfə rəsmi matçlarda oynayan Min-su Kim sol cinah hücumçusu, 10 nömrəli və sağ cinah hücumçusu kimi də oynaya bilər. Məlumdur ki, "Fənərbaxça"nın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Lion", "Reyncers" və "Ayaks"la yanaşı, gənc koreyalı ilə maraqlanır.
“Fənərbaxça”dan “Real Madrid”ə keçən Arda Gülərlə eyni nəslin nümayəndəsi Min-su Kim, milli futbolçu kimi karyerasını İspaniyada davam etdirir. O, yaradıcı hücumçu kimi oynayır və zəif ayağı ilə cinahdan mərkəzə doğru irəliləyə və zərbələr endirə bilir. Arda Gülər və Min-su Kim arasındakı oxşarlıqlar top daşıma qabiliyyəti, əsas ötürmələr və dəqiq künc zərbələri, eləcə də erkən fiziki və zehni inkişafdır.
Vinçenzo Montella Arda Güleri Milli Komandada sağ cinahdan mərkəzə doğru irəlilədiyi rolda istifadə etdiyi kimi, Min-su Kim də soldan mərkəzə doğru irəliləyə və lazım olduqda hücumçu kimi də oynaya bilər.
Kərəm Aktürkoğlu ilə rəqabət aparmaq üçün sol cinah mövqeyini gücləndirmək istəyən “Fənərbaxça”nın bazar dəyəri 5 milyon avro olaraq qiymətləndirilən Min-su Kim siyahısındadır və onun klubu ilə müqaviləsinin son ilinə qədəm qoyması sarı-göy komandanın transferdəki əlini gücləndirir.
Murad Məmmədli
Bakı 





