• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Tayland Baş nazirinin idarə etdiyi təyyarəni F-16-lar müşayiət etdi

DÜNYA

14 Avqust 2026 | 17:31

Tayland Baş nazirinin idarə etdiyi təyyarəni F-16-lar müşayiət etdi

Tayland Baş naziri Anutin Çarnvirakulun (Anutin Charnvirakul) idarə etdiyi xüsusi təyyarənin uçuşu zamanı onu Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd F-16 qırıcı təyyarəsi müşayiət edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, pilotluq vəsiqəsi olan Baş nazirin "TBM 930" tipli təyyarə ilə Naxon Ratçasima hərbi bazasına etdiyi bu uçuş VIP gəmilər üçün keçirilən hava eskortu təlimi çərçivəsində baş tutub. Bazaya eniş etdikdən sonra Çarnvirakul döyüş axtarış-xilasetmə təlimlərini izləyib və Hərbi Hava Qüvvələrinin imkanlarının artırılacağını bildirib.

Səfərin sonunda Baş nazirə uçuş zamanı istifadə etdiyi "Mickey" çağırış adına uyğun hazırlanan "F-16 Fighting Mickey" yazılı xüsusi nişan hədiyyə olunub.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR