• Bakı 25° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

653 km/saat sürət yığan avtomobil yaradıldı

DÜNYA

14 Avqust 2026 | 18:30

653 km/saat sürət yığan avtomobil yaradıldı

JCB şirkətinin modifikasiya edilmiş "Hydromax" avtomobili hidrogenlə işləyən nəqliyyat vasitələri arasında dünya sürət rekordunu qıraraq saatda 653,9 kilometr sürətə çatıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə The Register məlumat yayıb.

Əslində tikinti texnikası ilə tanınan JCB bu dəfə tamamilə fərqli layihə ilə gündəmə gəlib. "Hydromax" xüsusi hazırlanmış və hidrogen yanacağı ilə işləyən mühərriklərdən istifadə edir. Avtomobilin maksimal sürəti 406 mil/saat, yəni təxminən 653,9 km/saat təşkil edib.

Bu nəticə hidrogen yanacağının yüksək performanslı nəqliyyat vasitələrində də istifadə oluna biləcəyini göstərən diqqətçəkən nümunələrdən biri hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR