İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın ölkəsinə münasibətdə siyasətini və immiqrasiyanın miqyasını kəskin tənqid edərək bu ölkəni "Britaniya İslam Respublikası" adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, yerli podkasta müsahibəsində Netanyahu hazırda Böyük Britaniyada İsrail tarixinin obyektiv işıqlandırılmadığını iddia edib.
Baş nazir həmçinin Avropadakı demoqrafik və siyasi dəyişikliklər mövzusuna da toxunub:
"Kimsə demişdi ki, nüvə silahına malik ilk islam respublikası Britaniya İslam Respublikası olacaq. Biz isə İranın da belə bir imkana sahib olmaması üçün əlimizdən gələni edirik".
Qeyd edək ki, bu bəyanatlar Böyük Britaniya hökumətinin Qəzza müharibəsinə görə İsraili tənqid etməsi və Fələstin dövlətini rəsmən tanımasından sonra London və Təl-Əviv arasında münasibətlərin gərgin olduğu bir zamanda səsləndirilib.
Bakı 



