• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

18 milyonluq 2 tablo muzeydən oğurlandı

DÜNYA

13 Sentyabr 2026 | 19:37 | Müəllif: Gülşən Şərif

18 milyonluq 2 tablo muzeydən oğurlandı

Fransanın Kany-syur-Mer şəhərindəki “Renuar” muzeyindən Ogyüst Renuara aid 9 milyon avro dəyərində (təxminən 18 milyon manatdan çox) iki qiymətli tablo oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, soyğunçular ümumilikdə dörd tablo çıxarsalar da, polisin gəldiyini görüb ikisini muzeyin həyətində ataraq qaçıblar.

Parisdəki “d'Orse” Muzeyindən müvəqqəti gətirilən “Madame Colonna Romano” və “Jeune Femme au Puits” əsərlərini isə aparmağa muvəffəq olublar.

Oğurlanan tablolardan birinin tarixi İkinci Dünya müharibəsinə dayanır. Həmin əsər faşist işğalı zamanı yəhudi kolleksiyaçıdan məcburi alınıb, sahibi isə Avşvitsdə qətlə yetirilib.

“Luvr” və “Lalik” muzeylərindən sonra baş verən bu qarət Fransada muzeylərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026